Bayraqdar.info – ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı dövlətinin mövqeyini ifadə edən açıqlama verib.
Dövlət Departamentindən bayraqdar.info-ya iyulun 29-da daxil olan xəbərə görə, sözçü ABŞ-ın iki ölkə sərhədində müşahidə edilən son gərginliyi qınadığını deyib: “Biz Ermənistan və Azərbaycanı vəziyyəti normallaşdırmaq üçün təcili addımlar atmaqla atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə çağırırıq”.
N.Prays daha sonra qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca davam edən gərginlik bir daha göstərir ki, bütün məsələləri ehtiva edəcək əhatəli həll yolu iki ölkə arasındakı münasibətləri normallaşdıra, bölgə insanlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə bilər.
“ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzun müddətli siyasi həlli üçün mümkün qədər tez ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlara qayıtmağa çağırır”, – deyə N.Prays bildirib.
[…] xəbər verdiyi kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da açıqlama verərək tərəfləri […]