Press "Enter" to skip to content

Şəhid və qazi ailələrinin 500-ə yaxın üzvü işlə təmin olunub

Bayraqdar.info – Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvarından təhsil müəssisələrində 69 vəzifə vakansiyasına həmin kateqoriyadan olan şəxslərə üstünlük verilib.

Xəbər bayraqdar.info-ya iyulun 28-də Təhsil Nazirliyndən verilib.

Xəbərdə bildirilir ki, yanvarın 28-dən iyulun 8-dək şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırılıb. Vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 480 şəxs işlə təmin olunub.

“İyulun 8-dən etibarən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanan “Məşğulluq marafonu”na qoşulub. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Nazirlik tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya mütəmadi olaraq daxil edilməkdədir. İyulun 8-dən 27-dək Nazirlik tərəfindən 230 vakansiya müvafiq elektron platformaya daxil edilib və 21 nəfər işlə təmin olunub. Həmin vakansiyalar Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin məşğulluğunun təmin olunması üçün nəzərdə tutulub”, – deyə Nazirlik qeyd edir.

Mission News Theme by Compete Themes.