Bayraqdar.info – “Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.”
Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistanın son addımlarına münasibətində öz əksini tapıb.
Qeyd olunub ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, iyulun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.
“Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq. Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”, – deyə daha sonra bildirilib.