Press "Enter" to skip to content

Növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 27-də təşkil olunmuş hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib. Nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb. Sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.

Bu barədə bayraqdar.info-ya iyulun 28-də Nazirlikdən məlumat verilib. Nazirlik özəlləşdirilən dövlət əmlakının siyahısına keçid də təqdim edib.

Hər kəs Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər: “Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər”.

Mission News Theme by Compete Themes.