Press "Enter" to skip to content

Kəlbəcər və Laçın rayonlarının yol tikintisinə pul ayrıldı

Bayraqdar.info – İyulun 28-də Prezident İlham Əliyev “Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bayraqdar.info Prezidentin saytına istinadla xəbər verir ki, Sərəncama əsasən, Ermənistanın işğalından azad edilmiş Kəlbəcər və Laçın rayonlarına yol çəkilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 10 milyon manat ayrılıb.

Mission News Theme by Compete Themes.