Press "Enter" to skip to content

İran polisi ən azı 150 Güney Azərbaycanlı fəalı saxlayıb

Bayraqdar.info – Ötən şənbə günü Güney Azərbaycan şəhərlərində keçirilən rejim əleyhinə aksiyalarda saxlanılanların sayı açıqlanıb.

Xuzistanda davam edən su üsyanına dəstək və Güney Azərbaycanda artan sosial problemlərə etiraz etmək məqsədilə keçirilən aksiyalarda onlarla fəal saxlanılıb.

Onlardan bir neçəsinin kimliyi bəlli olub və bir neçəsi girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İyulun 24-də Təbriz aksiyasında saxlanılan və “ictimai asayişi pozmaq”da ittiham olunan Məhəmməd Hadi iyulun 27-də 30 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıb.

Təbriz zindanında saxlanılan Vəhid Məhəmmədi, Hüseyn Qaracadaği və Cavad Dehqandan müvəqqəti sərbəst buraxılmaları üçün girov tələb olunub.

Bir sıra məlumatlı mənbələr 24 iyul aksiyalarında həbs olunanların sayının 150-dən çox olduğunu bildirir, onların bəzilərinin sorğu-sual edildikdən və iltizam alındıqdan sonra buraxıldıqları deyilir.

Son məlumatda Ulduz Qasıminin istintaq təcridxanasından Təbriz zindanına köçürüldüyü, Məhəmməd Mahmudi və Siyamək Kuşinin girov qarşılığında müvəqqəti sərbəst buraxıldığı bildirilsə də Pərviz Siyabi, Nadir Sadiqiyan, Yusif Sələhşur, Məhəmməd Mərdi, Davud Rəhimi, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Müctəba Əbdüli, Şəhruz Bərzgər barələrində dəqiq məlumat yoxdur.

Qaynaq: GünAz.TV

One Comment

  1. […] Əlavə edək ki, bir neçə həftədir İranın ərəblər yaşayan Xuzistan əyalətində su qıtlığı üzündən kütləvi xalq etirazları başlayıb. Sonrakı günlərdə bu etirazlara ölkənin başqa bölgələri də qoşulub. İyulun 24-də isə Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində xalq ayağa qalxaraq Xuzistana dəstək ifadə edib. Nəticədə 150-dək fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. […]

Comments are closed.

Mission News Theme by Compete Themes.