Press "Enter" to skip to content

Ermənilər Azərbaycanın iki hərbi qulluqçusunu yaralayıb

Müdafiə Nazrliyi

Bayraqdar.info – “İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.”

Bu haqda xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, ermənilərin açdığı atəş nəticəsində hərbi qulluqçular – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralıların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusu düşmənin bu təxribatına qarşı uyğun tədbirlər görür.

MN sərhəddəki təxribata görə məsuliyyətin Ermənistanın üzərində olduğunu da bildirib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.