Press "Enter" to skip to content

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib

Bayraqdar.info – İyulun 27-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yeni tərkibinin ilk iclası keçirilib.

DMX-dən bayradar.info-ya bildiriblər ki, Xidmətin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edildiyini bildirib.

Xidmətin ölkədə İctimai Şuranın yaradıldığı ilk dövlət orqanlarından biri olduğunu vurğulayan V.Qəhrəmanov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsində, miqrantların hüquqlarının və qanuni maraqlarının müdafiəsi istiqamətində aparılacaq fəaliyyətdə Şuranın üzvlərinə uğurlar diləyib.

DMX-dan qeyd edilib ki, tədbirdə Şura üzvləri öz aralarından Şuranın sədrini, sədr müavinini və katibini seçiblər.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İB-nin sədri Azər Allahverənov DMX yanında İŞ-nın sədri seçilib. Sədr müavini “Psixososial Reabilitasiya və İnkişaf” İB-nin sədri Lamiyə Kərimova, katibi isə “Miqrasiya Könüllüsü” İB-nin sədri Aydan Haşımova seçilib.

İclasda “DMX yanında İŞ-nın Etik Davranış Qaydaları” və “DMX yanında İŞ-nın Reqlamenti” qəbul olunub.

Mission News Theme by Compete Themes.