Press "Enter" to skip to content

Azərbaycan əsgərləri bu gecə Ermənistanın üç hərbçisini zərərsizləşdirib

Son yeniləmə: 28 İyul 2021 21:17

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, iyulun 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozaraq iki Azərbaycan hərbçisini yaralayıb. Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Azərbaycan silahlı qüvvələri düşmənin təxribatının qarşısını almaq üçün uyğun tədbirlər görür.

İndi isə bəlli olub ki, Azərbaycanın əks tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin də iki hərbi qulluqçusu yaralanıb. Daha beş hərbi qulluqçuyla bağlı isə dəqiqləşdirmə aparılır. Bu haqda xəbəri Ermənistan Müdafiə Nazirliyi yayıb.

Ermənistan tərəfi iddia edir ki, Azərbaycan silahlı qüvvələri 28 iyul, saat 03.40 radələrində ermənilərə qarşı tədbirlər görüb. Nəzərə alsaq ki, Azərbaycan tərəfi atəşkəsin məhz Ermənistan tərəfindən, saat 00.50-dən başlayaraq pozulduğunu bildirib, bəlli olur ki, bu dəfə də təxribatın səbəbkarı ermənilərdir.

Ermənistan tərəfi onu da iddia edir ki, Azərbaycan iyulun 28-də Moskvada keçiriləcək müdafiə nazirlərinin üçtərəfli görüşü öncəsi mövqelərini möhkəmləndirmək üçün atəşkəsi pozur. Ermənistan Azərbaycan hərbi qüvvələrinin qarşı tərəfin ərazisinin içərilərinə doğru irəlilədiyini iddia edir.

Qeyd edək ki, iyulun 28-də Rusiya tərəfinin də iştirakıyla Azərbaycan və Ermənistan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu haqda xəbəri Sputnik Armenia yayıb.

Son anda bəlli olub ki, Ermənistan tərəfdən üç hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Xəbəri Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Mission News Theme by Compete Themes.