Bayraqdar.info – Güney Azərbaycan şəhərlərində milli fəallara qarşı təzyiqlər davam edir. İyulun 25-də Ərdəbil şəhərindən olan Pərviz Siyabi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.
P.Siyabinin 24 iyulda keçirilmiş Xuzistanda su üsyanına dəstək və Güney Azərbaycanlıların hüquqlarının tələbi ilə bağlı aksiyalarla bağlı saxlanıldığı ehtimal edilir.
P.Siyabi bundan öncə 18 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana yanacaq və lojistik dəstək verməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən aksiyada iştirak etdiyinə görə də həbs olunub.
Daha sonra 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq azadlığa buraxılıb.
Qaynaq: GünAz.TV