Bayraqdar.info – İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək. Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.
Xəbər Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Xəbərdə bildirilir ki, bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini MM sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.
Xəbərdə daha sonra bildirilir ki, iyulun 28-də TBMM sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
MM-dən onu da qeyd edirlər ki, TBMM sədrinin və Pakistan Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.