Press "Enter" to skip to content

ABŞ şirkətləri Azərbaycanda layihələrdə iştirak etmək istəyir

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya iyuluin 27-də İqtisadiyyat Nazirliyindən bildirilib.

Vurğulanıb ki, görüşdə M.Cabbarov ABŞ-la iqtisadi-ticari tərəfdaşlığın inkişafını qeyd edib. Nazir Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat və digər sahələrdə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib. Həmçinin, iqtisadi əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Oklahoma Ştatının qubernatoru Kevin Stit ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib. O, iqtisadi əlaqələrin genişləndirilməsi istqiamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb. Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.

Mission News Theme by Compete Themes.