Bayraqdar.info – “Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlər davam edir.”
Bu barədə bayraqdar.info-ya iyulun 26-da Nazirlkdən xəbər verilib.
Xəbərdə bildirilir ki, müraciətlər iyulun 27-si saat 16:00-dək qəbul edilir.
Nazirlik onu da vurğulayır ki, qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq. Nəticələr iyulun 30-na qədər şəxsi kabinetlərə göndəriləcək.