Son yeniləmə: 26 İyul 2021 12:43
Bayraqdar.info – “BMT Təhlükəsizlik Şurasının hazırkı sədrinin 23 iyul tarixli açıqlamasını Kıbrısın rum tərəfinin və Yunanıstanın təzyiqlərindən xilas olmağa yönələn qeyri-prinsipial açıqlama kimi dəyərləndiririk. Xarici İşlər Nazirliyimiz bu mövzuda lazımi açıqlama versə də bəzi məqamları bir daha xatırlatmaq istəyirik.”
Bu fikirlər KKTC Cümhurbaşqanlığının sözügedən açıqlamanı dəyərləndirməsində öz əksini tapıb.
Dəyərləndirmədə BMT TŞ-nin 550 (1984) və 789 (1992) saylı qərarları və TŞ dönəm başqanlığının 9 oktyabr 2020-ci il tarixli açıqlaması xatırladılır. Bildirilir ki, həmin qərarlar və açıqlama Maraşın hər hansı bir ərazisində əvvəlki sakinlərdən kənar kimsənin məskunlaşmasının qarşısını almağa yönəlib: “Həmçinin bunun təmin edilməsi üçün bölgənin BMT idarəçiliyinə verilməsi nəzərdə tutulmuşdu. Yəni Bölgənin BMT idarəçiliyinə verilməsi əvvəlki sakinlərindən başqa digər insanların bölgəyə köçürülməsinin qarşısını almaq üçün bir vasitə kimi nəzərdə tutulurdu. Qapalı Maraşın açılışı ilə Kıbrıs türk tərəfi BMT TŞ qərarları və TŞ rəhbərliyinin 2020-ci il açıqlamasında nəzərdə tutulan hədəfi tam yerinə yetirir”.
Dəyərləndirmədə BMT TŞ-nin mövcud rəhbərliyinin açıqlamasının qəbuledilməz olduğu xatırladılmaqla yanaşı qeyd edilir: “Kıbrısda suveren və bərabərhüquqlu statusa malik iki xalqın və dövlətin olduğu gerçəyini bir daha xatırlatmaq istəyirik”.
Bildirilir ki, KKTC Cümhurbaşqanı Ersin Tatarın Cenevrədə keçirilən 5+BM qeyri-rəsmi toplantısında irəli sürdüyü təkliflər əsasında fəaliyyət davam etdirilir. Vurğulanır ki, Kıbrıs türk tərəfi suveren və bərabər beynəlxalq statusa əsaslanan “qazan-qazan” prinsipli razılaşmanın əldə edilməsi üçün səylərini davam etdirəcək.