Press "Enter" to skip to content

İyulun 27-28-də 33 min 610 abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi

Bayradar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, iyulun 27-də keçiriləcək imtahanda 19 min 184, iyulun 28-də keçiriləcək imtahanda isə 14 min 426 nəfər iştirak edəcək. Ümumilikdə 33 min 610 abituriyentin iştirakı nəzərdə tutulur.

İyulun 27-də imtahanlar 11 şəhər və rayonda – Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İyulun 28-də isə yuxarıda qeyd olunan rayon və şəhərlərlə yanaşı (Qazax istisna), Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı, Quba olmaqla ümumilikdə 22 şəhər və rayonda imtahan keçiriləcək.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Mission News Theme by Compete Themes.