Bayraqdar.info – Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.
Bu haqda xəbəri iyulun 26-da Müdafiə Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən gərəkli cavab tədbirləri görülür.