Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçənlərin sayı artır.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən bildirilib.
Qeyd olunub ki, portalda aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək iyulun 1-nə 929 minə çatıb.
Bildirilib ki, ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı yaradır. Portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.
O da vurğulanıb ki, bu ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub.
Vətəndaşların portaldan rahat istifadəsi və onun daha əlçatan olmasına şərait yaradılması üçün Android və IOS əməliyyat sistemləri üçün tətbiqləri də fəaliyyət göstərir.