Son yeniləmə: 23 İyul 2021 11:38
Bayraqdar.info – “Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqust ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.”
“Aqrar Sığorta Fondu iş adamlarını və fermerləri kartof sahələrini sığortalamağa çağırır”, – deyə bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərdə deyilir.
Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta haqları belədir:
Qarabağ regionu – 73 manat
Şərqi Zəngəzur regionu -73 manat
Şəki-Zaqatala – 120 manat
Lənkəran–Astara – 49 manat
Qazax-Tovuz – 180 manat
Mərkəzi Aran rayonları – 59 manat
Quba-Xaçmaz – 49 manat
Mil-Muğan – 59 manat
Abşeron-Xızı – 49 manat.
Gəncə-Daşkəsən – 180 manat
Şirvan-Salyan – 59 manat
Dağlıq Şirvan – 46 manat
Bakı – 49 manat.
KTN bildirir ki, fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini ASF-nin rəsmi internet səhifəsində yerləşdirilmiş Bitkiçilik kalkulyatoru vasitəsilə sərbəst şəkildə hesablaya bilər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyəcək.