Press "Enter" to skip to content

DİM daxili auditlə bağlı təlimlər keçirir

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 23 İyul 2021 11:31

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib.

Bu barədə DİM-dən iyulun 23-də bayraqdar.info-ya xəbər daxil olub.

“Təlimdə daxili audit üzrə təcrübəli ekspert Andra Larin tərəfindən dövlət qurumlarının auditorları üçün daxili auditin əsas anlayışlarına aid olan standartlar barədə məlumat verilib. Həmçinin, daxili auditin məqsədləri, prinsipləri, eyni zamanda sənədlər (nizamnamə, etik qaydalar və digər) barədə təqdimat nümayiş etdirilib”, – deyə xəbərdə bildirilir.

DİM xatırladır ki, pilot layihənin iştirakçı qurumları olaraq İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət Nazirliyi, Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi seçilib.
Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

Təlim 26 iyul tarixində strateji və illik planlaşdırmaya həsr olunmuş mövzu ilə davam edəcək.

Mission News Theme by Compete Themes.