Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi iyulun 23-dən “Yol yoldaşınız” rubrikasına başlayır. Rubrikadan məqsəd BNA-nın sürücülərini ictimaiyyətə tanıtmaqdır.
“Siz onları demək olar ki, hər gün görürsünüz. Söhbət edib-etməməyinizdən, bir-birinizi yaxından tanımamanızdan asılı olmayaraq gündəlik görüşünüz sizi bir-birinizə zamanla doğmalaşdırır.
Siz hər gün onlarla bərabər yol gedir, lazımi ünvana çatırsınız. Sizi sağ-salamat getdiyiniz yerə çatdırıb, növbəti gün təbəssümlə qarşılayıb, yenidən yola çıxmaq onlar üçün ən böyük mükafatdır”, – deyə BNA-nın xəbərində deyilir.
“Yol yoldaşınız” rubrikası vastəsilə sərnişinlər xidmətlərində olan avtobus sürücülərini tanıyacaqlar.
Bu günümüzün yol yoldaşı 21 nömrəli müntəzəm marşrut xəttinin (28 May m/s-Əhmədli m/s ) sürücüsü Elşən Məmmədovdur.