Son yeniləmə: 23 İyul 2021 16:12
Bayraqdar.info – Prezident İlham Əliyev 44 günlük Vətən savaşı günlərindən boş qalan Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyinatla bağlı Sərəncam verib.
Prezidentin Mətbuat xidmətinin iyulun 23-də yaydığı məlumata görə, general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.