Press "Enter" to skip to content

71 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Bu barədə iyulun 23-də bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən pensiyaların, sonra da müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədən həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.

Mission News Theme by Compete Themes.