Bayraqdar.info – “Xalqımıza azadlıq və müstəqillik, bütün Kıbrısa sülh və əmin-amanlıq gətirən 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümünü bir daha böyük həvəs və həyəcanla qeyd etdik. Biz xalqımızın suverenliyindən və azadlığından əl çəkməyəcəyini, rumların azlığı olmayacağını bir daha dünyaya bəyan etdik.”
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bunu Cümhurbaşqanı Ersin Tatar deyib. İki suveren, bərabərhüquqlu dövlətə əsaslanan həll təklifi ilə əlaqədar açıqlamasında E.Tatar bildirib: “Ana Vətənin Cümhurbaşqanı Sayın Recep Tayyip Erdoğan, MHP Genel başqanı Sayın Devlet Bahçeli, qardaş Azərbaycanın millət vəkilləri və digər dəyərli qonaqlarımızın bu xoşbəxt gündə yanımızda olması bizim üçün böyük şərəf və qürurdur. Başda Cümhurbaşqanı Sayın R.T.Erdoğan olmaqla bütün qonaqlarımıza öz adımdan və xalqım adından minnətdarlığımı bildirirəm. “Üç dövlət – tək millət” olduğumuzu dünyaya bir daha göstərərkən, Cümhurbaşqanı Sayın Erdoğanın çıxış və açıqlamaları bizə güc verdi”.
E.Tatar “Cümhurbaşqanı R.T.Erdoğanın iki suveren, bərabərhüquqlu dövlətə əsaslanan həll təklifimizin doğru olduğunu və ondan geri addım atılmayacağını bildirməsi bütün dünya üçün çox vacib bir mesajdır” sözlərini əlavə edib.
Qeyd olunub ki, adada əbədi sülhün əldə olunmasının yeganə yolu Türkiyənin də dəstəklədiyi iki suveren, bərabərhüquqlu dövlətin mövcudluğuna əsaslanan həll varinatıdır: “Heç vaxt bundan geri dönmək olmaz. Ox yaydan çıxdı və hədəfə doğru irəliləyir. Bunun qarşısını alacaq heç bir qüvvə yoxdur”.