Press "Enter" to skip to content

15 Temmuzdan sonra gələn 20 Temmuz

Kıbrıs Barış Hərəkatının 20-ci ildönümündə deyilməsi vacib məqamlar

Bayraqdar.info – Bu gün 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümüdür. Düz 47 il əvvəl baş tutan Kıbrıs Barış Hərəkatı yunan-rum cütlüyünün Kıbrıs türklərini yox etmə planına son qoydu. 1974-cü ilin bu günündə adada türk varlığını qorumaq üçün uzun illər mücadilə edən insanlara, türk mücahidlərinə dəstək məqsədilə Türkiyə Silahlı Qüvvələrinin reallaşdırdığı hərəkat türklük tarixinə qızl hərflərlə yazıldı. Bu hərəkatın tarixi, baş vermə səbəbləri barədə çox yazılıb. Ona görə də bu yazımızda daha çox bu günlə bağlı məqamlara toxunmağa çalışacağıq.

KKTC-də bu gün həm milli hökumət, həm də milli Cümhurbaşqanı var

Beləliklə, öncə qeyd edək ki, bu ildönümünü digərlərindən fərqləndirən mühüm məqamlar var. O məqamlar həm daxili, həm də xarici faktorlarla bağlıdır.

Əvvəla daxili faktorlara nəzər salaq. Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətində bu gün həm milli hökumət, həm də milli Cümhurbaşqanı var.

Elə bir hökumət ki, Kıbrıs türkünün yenidən rumun köləsi olmasına qarşıdır və yalnız KKTC-nin daim var olması üçün çalışır.

Elə bir Cümhurbaşqanı ki, sözü ilə əməli birdir – Kıbrısda daimi sülh iki suveren, bərabərhüquqlu dövlətin varlığından keçir!

Əslində bu durumu həm də 1960-70-ci illərdə Kıbrısda cərəyan edən proseslərlə eyniləşdirmək olar. O mənada ki, həmin vaxt Kıbrıs türkünün var olması uğrunda mücadilə aparanların başında Fazil Küçük-Rauf Denktaş cütlüyü dayanırdı.

Bu günümüzə gələndə həmin ikilini KKTC-nin dünya birliyi tərəfindən tanınması üçün son və həlledici savaşa qalxan Ersin Tatar-KKTC hökuməti cütlüyü əvəzləyir.

Yaxud indiki durum KKTC elan olunandan sonra uzun müddət bu dövlətin ayaqda qalması üçün caba göstərən Rauf Denktaş-Derviş Eroğlu cütlüyünün fəaliyyəti dövrünə də bənzəyir. O baxımdan ki, onda da KKTC üçün, Kıbrıs türkü üçün mübarizə aparan milli hökumət və milli Cümhurbaşqanı vardı.

Güclü Türkiyənin güclü Lideri KKTC üçün mübarizədə ön cəbhədədir

Xarici faktrolara gəlincə, burada təbii ki, ilk sırada Qərbin haqsız yanaşması dayanır. Yəni, 1974-cü ildə olduğu kimi, bu gün də Qərb Kıbrıs türkünün dövlət olmaq haqqını tanımaq istəmir. 47 il əvvəl olduğu kimi, bu gün də xarici güclər adada türk varlığına son qoymaq üçün yunan-rum cütlüyündən maşa kimi istifadəyə cəhd edirlər.

Lakin fərqli bir məqam var ki, bu qara istəklərin reallaşmasını əngəlləyir. Bu da güclü Türkiyə faktorudur. Bu da güclü Türkiyənin qətiyyətli Lideri faktorudur.

Bəli, bu gün KKTC-nin var olma savaşı həm daxildə, həm də xaricdə vəhdət halında aparılır. Daxildə yuxarıda qeyd etdiyimiz milli hökumət – milli Cümhurbaşqanı tandemi, xaricdə isə Güclü Türkiyənin güclü Lideri KKTC üçün son və həlledici savaşa qalxıb.

Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan KKTC-nin varlığı məsələsinin ölkəsinin qırmızı cizgilərindən biri olduğunu elan edib. Özü də təkcə elan etməyib, həm də bu yöndə qətiyyətli addımlar atır. Bu gün Türkiyə 15-20 il bundan öncə olduğu kimi təkcə əsgəri ilə KKTC-nin yanında deyil. Bu gün Türkiyə həm də bütün hökuməti, bütün qurumları ilə Kıbrıs türkünün yanındadır.

Çünki ortada bir iradə var.

Məhz bu iradədən güc alan Kıbrıs türk xalqı daha qətiyyətli addımlar atır. Məhz bu iradədən güc alan Cümhurbaşqanı Ersin Tatar qətiyyətlə bəyan edir ki, Ana Vətən Türkiyənin dəstəyi ilə KKTC əbədi yaşayacaq.

15 Temmuzdan sonra KKTC də yenidən doğdu

Bütün bu sadalananların fonunda qayıdaq yazımızn başlığına. Yəni, dəyərli oxucumuza nədən yazımıza “15 Temmuzdan sonra gələn 20 Temmuz” başlığı seçdiyimizi qısa izah edək. Məsələ burasındadır ki, əgər FETÖ-nün beş il öncə 15 Temmuzda cəhd etdiyi dövlət çevrilişi reallaşsaydı, bunun ilk acısını yaşayanlardan biri Kıbrıs türkləri olacaqdı.

Çünki…

Hörmətli E.Tatarın bu günlərdə tədbirlərin birində qeyd etdiyi kimi, həmin gecə rumlar və yunanlar FETÖ-nün bu iyrənc əməlinin baş tutmasını səbirsizliklə gözləyirmişlər. Səbəb isə bəlli idi. Türkiyədə hökumətə xainlər gələcəkdi. Bundan sonra isə o xainlər KKTC-nin rum-yunan cütlüyü tərəfindən işğalına göz yumacaqdı. Amma arzuları gözlərində qaldı. Və necə deyərlər həmin gecə çevrilişin baş tutmaması, həm də KKTC-nin yaşamasına yenidən yaşıl işıq yandırdı.

Beləliklə, 15 Temmuzdan sonra gələn 20 Temmuzun nəticəsi bu gün ortadadır. Bu gün bütün dünyanın nəzəri KKTC-yə yönəlib. Hər kəs hörmətli Recep Tayyip Erdoğanın oradan verməkdə olduğu mesajlara diqqət kəsilib.

Artıq iyulun 19-da Türkiyə Cümhurbaşqanı KKTC Cümhuriyyət Məclisində ilk çıxışını edib və yetərincə qəti mövqe sərgiləyib. Təbii ki, sərgilənən mövqe sadəcə sözlərdən ibarət deyil. Bu, həm də KKTC-nin bundan sonrakı mövcudluğunu təminat altına alan mesajlardır.

Yeri gəlmişkən, 20 Temmuz etkinliklərində Azərbaycandan da önəmli bir parlament heyəti iştirak edir. Bu isə Türkiyə ilə bərabər Azərbaycanın da KKTC-nin varlığına yetərincə həssas yanaşması deməkdir…

Mission News Theme by Compete Themes.