Press "Enter" to skip to content

Avqustun 17-də 33 dövlət əmlakı hərraca çıxarılacaq

Son yeniləmə: 18 İyul 2021 13:22

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 17-də növbəti hərrac təşkil ediləcək. Hərraca 33 dövlət əmlakı çıxarılacaq.

Bu barədə bayraqdar.info-ya iyulun 17-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunlardan 18-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış binası, 11-i nəqliyyat vasitəsi, 4-ü səhmdar cəmiyyətin dövlətə məxsus səhm paketləridir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı da onlayn əlçatandır.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Mission News Theme by Compete Themes.