Bayraqdar.info – “5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb. İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.”
Bu sözlər Təhsil Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdəndir.
Xəbərdə deyilir ki, müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Nazirlik onu da diqqətə çatdırır ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 mindən çox namizəd iştirak edib.