Press "Enter" to skip to content

Ermənistan yenə də Azərbaycan sərhədi boyunca atəş açıb

Müdafiə Nazrliyi

Bayraqdar.info – İyulun 17-si saat 08:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Xəbər iyulun 17-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan ərazisini fasilələrlə atəşə tutub.

Həmçinin, Ermənistan tərəfi iyulun 17-si saat 01.00 radələrində də Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərinə atıcı silahlardan açıb.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Mission News Theme by Compete Themes.