Press "Enter" to skip to content

Urmu həbsxanasında saxlanılan milli fəalın yeri dəyişdirilib

Salar Tahir Əfşar

Son yeniləmə: 16 İyul 2021 08:07

Bayraqdar.info – Urmu həbsxanasında saxlanılan tanınmış milli fəal Salar Tahir Əfşarın yeri dəyişdirilib. Milli fəal saxlanıldığı həbsxananın karantin bölməsindən gənclər kamerasına köçürülüb.

“Sistemə qarşı təbliğat” ittihami ilə bir illik həbs cəzasına məhkum olunan S.T.Əfşar ikinci dəfə olaraq iyunun 28-də beş günlük məzuniyyətə buraxılıb və iyunun 3-də həbsxanaya qayıtdıqda koronavirus səbəbindən karantin bölməsinə köçürülüb.

Milli fəal bu gün yaxınları ilə telefon əlaqəsi saxlayaraq iyulun 14-də yenidən Urmu həbsxanasının gənclər bölməsinə köçürüldüyünü bildirib.

S.T.Əfşar aprelin 19-da atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Urmu həbsxanasına aparılıb.

Urmulu türk fəal ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə həbs edilib.

İlkin məhkəmə tərəfindən “sistemə qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamları ilə 4 il həbs cəzasına məhkum olunub.

Daha sonra Apellyasiya Məhkəməsi ona “qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət verərək həbs cəzasını 1 ilə endirib.

İranda yeni məhbuslar bir müddət ərzində karantin bölməsində saxlanıldıqdan sonra həbsxananın digər bölmələrinə yerləşdirilir. Karantin bölməsində müxtəlif cinayətlərdən həbs edilən məhkumlar bir yerdə saxlanılır.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.