Press "Enter" to skip to content

“Su və rəng ahəngi” akvarel sərgisi açılıb

Bayraqdar.info – Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb.

Sərginin təşkilatçısı Beynəlxalq Suluboya Cəmiyyətinin (IWS Globe) Azərbaycandakı nümayəndəliyi “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”dır.

Xəbər bayraqdar.info-ya iyulun 16-da Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, açılışda Qalereyanın direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb və yeni işıq üzü görən kataloqu sənətsevərlərə təqdim edib.

Tədbirdə çıxış edən Rİ-nin katibi Ağaəli İbrahimov akvarel texnikasının rəssamlıqda rolundan bəhs edib və son vaxtlar keçirilən akvarel tədbirlərinin qənaətbəxş olduğunu bildirib.

Sənətşünas Ziyadxan Əliyev akvarelin əsl Şərq – Azərbaycan sənəti olduğunu qeyd edib.

Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyinin sədri Xasay Mirzəyev BSC-nin ölkəmizdəki fəaliyyətindən danışıb.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Xətai Akvarel Qalereyasının qapılarının hər zaman akvarelçilərin üzünə açıq olduğunu bildirib.

Mission News Theme by Compete Themes.