Press "Enter" to skip to content

Sahibkarların dövlət satınalmalarında iştirakı asanlaşacaq

Bayraqdar.info – Məlum olduğu kimi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2021-ci il tarixindən qüvəyə minib. Dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə onlayn görüş təşkil edilib. Görüş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təşkil edilib.

Bu barədə iyulun 16-da bayraqdar.info-ya sözügedən Xidmətdən məlumat verilib.

Görüşdə Qanuna edilən dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verilib. Dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaratdığı vurğulanıb. Tədbir iştirakçılarına Qanuna edilmiş dəyişikliklərin hansı istiqamətləri əhatə etdiyi barədə də məlumat verilib.

Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatlar tərəfindən Qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət tədbirlərinin nəzərdə tutulduğu deyilib. Həmçinin, iştirakçılara qanunvericiliyin tələblərinə tam riayət edilməsi tövsiyyə olunub.

Görüşdə həmçinin, iştirakçılar ilə dəyişikliklərdən sonra dövlət satınalma prosedurlarının elektronlaşdırılması və sağlam rəqabətin təmin olunması istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.