Press "Enter" to skip to content

Qazaxıstan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı protokolu təsdiqləyib

Bayraqdar.info – Qazaxıstan höküməti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib. “Üzv dövlətlərin Fondun büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokol”un təsdiqlənməsilə bağlı sənəd Qazaxıstanın Baş naziri Askar Mamin tərəfindən imzalanıb.

Bu barədə bayraqdar.info-ya iyulun 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılır.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb.

Fondun maliyyələşdirilməsi ilə bağlı Protokol Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən də artıq təsdiqlənib.

Mission News Theme by Compete Themes.