Son yeniləmə: 16 İyul 2021 14:23
Bayraqdar.info – İyulun 16-dan ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.
Təhsil Nazirliyindən iyulun 16-da bayraqdar.info-ya verilən xəbərə görə, alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd tələbələrə yaradılan imkanların genişləndirilməsidir.
Alternativ qeydiyyat mərkəzləri aşağıdakı ünvanlarda yaradılıb:
*Bakı şəhəri, Nərimanov rayonu, 39 nömrəli tam orta məktəb – A.Molla Cümə küç., 24;
*Bakı şəhəri, Yasamal rayonu, 53 nömrəli tam orta məktəb – Z.Xəlilov küçəsi 35;
*Bakı şəhəri, Yasamal rayonu, 225 nömrəli tam orta məktəb – Ə.Ələkbərov küçəsi 507/511;
*Bakı şəhəri, Səbail rayonu, 7 nömrəli tam orta məktəb – Ü.Hacıbəyli küçəsi 28;
*Sumqayıt şəhəri, 36 nömrəli tam orta məktəb (yeni binası) – 20 Yanvar küçəsi 14/6;
*Abşeron rayonu, Xırdalan şəhər 3 nömrəli məktəb-lisey – Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi;
*Gəncə şəhər 1 nömrəli tam orta məktəb – İ.Qayıbov küçəsi 2.
Alternativ qeydiyyat mərkəzlərinin bayram günlərində də fəaliyyəti nəzərdə tutulur.
Nazirlikdən qeyd edilib ki, qeydiyyat prosesi iyulun 22-dək davam edəcək. Müraciət üçün portalda qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatla bağlı suallar yaranarsa, 146 saylı qaynar xəttə də müraciət etmək mümkündür.