Son yeniləmə: 16 İyul 2021 10:32
Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar 20 Temmuz Kıbrıs Barış Hərəkatının 47-cü ildönümü münasibətilə Mersində keçirilən mərasimə qatılıb.
Bu barədə bayraqdar.info-ya iyulun 15-də KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Mersin Cumhuriyet Meydanında keçirilən mərasimdə çıxış edən E.Tatar Kıbrıs türkünün qədim tarixi, 1571-ci ildən etibarən adada apardığı mübarizə barədə ətraflı danışıb.
KKTC Cümhurbaşqanı çıxışında ötən əsrin 60-70-ci illərində Kıbrıs türklərinin tuş gəldiyi rum-yunan zülmü barədə də ətraflı danışıb. Qeyd edib ki, türk mehmetçiyinin adaya çıxdığı 20 iyul 1974-cü il Kıbrıs türk xalqının doğum günü oldu.
Kıbrıs Barış Harekatı’nın 47. yıldönümünde 20 Temmuz Barış ve Özgürlük Bayramı etkinlikleri çerçevesinde Mersin’de katıldığım kutlama törenlerinde eşit egemenlik vurgusu yaptım pic.twitter.com/y69rMjnnaQ
— Ersin Tatar (@ErsinrTatar) July 16, 2021
Adada 50 ildir davam edən federasiya danışıqlarının heç bir nəticə vermədiyini deyən E.Tatar bundan sonra əbədi sülhün əldə edilməsi üçün KKTC-nin şərtinin dəyişməz olduğunu bildiirb. Bu sülhün əldə edilməsinin iki suveren dövlətin bərabərhüquqlu varlığından və əməkdaşlığından keçdiyi vurğulanıb.
Çıxışında regionda və dünyada cərayan edən proseslərə də toxunan KKTC Cümhurbaşqanı Kıbrıs türk xalqının böyük türk ulusunun parçası olduğunu vurğulayıb. Birlik və bərabərlik nəticəsində, böyük bir mübarizə ruhuyla bu günlərə gəlindiyini deyən E.Tatar KKTC-nin əbədi yaşayacağını bəyan edib.
Mersin’de 20 Temmuz Barış ve Özgürlük Bayramı kutlamaları başladı, Barış Harekatının 47. yıldönümü için hazırlıkların başladığı bugünlerde tüm şehitlerimizi rahmetle, gazilerimizi şükranla anıyorum pic.twitter.com/ooQ7eK0vmv
— Ersin Tatar (@ErsinrTatar) July 14, 2021