Press "Enter" to skip to content

Bakı-Naxçıvan-Bakı avtobus marşrutu bərpa edildi

Baş nazir Əli Əsədov

Bayraqdar.info – İyulun 16-da Baş nazir Əli Əsədov Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobusla sərnişin daşınmasına dair qərar imzalayıb.

Bu haqda xəbəri Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Qərara görə, iyulun 17-dən başlayaraq İrandan keçməklə Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu işini bərpa edəcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən PCR testi tələb edilməyəcək. Lakin “ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testinin keçirilməsi məqsədilə yaxma götürülür və Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır”.

Qərarda xüsusi olaraq vurğulanır ki, həm sərnişinlər, həm də onların daşınmasını həyata keçirənlər xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir.

Mission News Theme by Compete Themes.