Press "Enter" to skip to content

Azərbaycan Özbəkistana 50 min doza “AstraZeneca” vaksini göndərib

АZƏRTAC – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti iyulun 16-da Daşkənddə keçiriləcək “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində nümayəndə heyəti ölkəmizdən Özbəkistana 50 min doza “AstraZeneca” vaksinini çatdırıb.

Vaksinlər hava limanında Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Vaksinin özbək tərəfinə təhvil verilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Mission News Theme by Compete Themes.