Press "Enter" to skip to content

Ali təhsil üzrə yeni layihələr planlaşdırılır

Son yeniləmə: 16 İyul 2021 11:53

Bayraqdar.info – 2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.

Təhsil Nazirliyindən iyulun 16-da bayraqdar.info-ya verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir. Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən “Code Academy” şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək.

Nazirlik qeyd edir ki, layihədə təhsil alanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Mission News Theme by Compete Themes.