Press "Enter" to skip to content

Ağdamda yeni hərbi hissə açılıb – VİDEO

Bayraqdar.info – İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.

Kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlığı və generatorlarla təchiz olunub.

Məlumatda deyilir ki, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov açılış münasibətilə müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Nazirlik qeyd edir ki, işğaldan azad olunmuş digər ərazilərdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Mission News Theme by Compete Themes.