Son yeniləmə: 15 İyul 2021 12:54
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Bu barədə iyulun 15-də bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 21 min 487-si ödənişli ictimai işlərə cəlb olunub, 167-sinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.
Həmçinin, 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb olunub. Bəhs edilən dövrdə 1 min 570 şəxsə isə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.