Press "Enter" to skip to content

Şəhid və qazi ailələrinin telefon və internet problemləri həll ediləcək

Bayraqdar.info – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

Bu barədə xəbər bayraqdar.info-ya iyulun 15-də Nazirliyin Mətbuat xidmətindən verilib.

Xəbərdə bildirilir ki, iclasda Şuranın reqlamenti, əsasnaməsi, fəaliyyət planı və cari məsələlər müzakirə edilib. Reqlament səsvermə əsasında qəbul olunub. Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi qəbul edilib.

Sonra İctimai Şuranın fəaliyyət planının müzakirəsi dinlənilib.

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.

Mission News Theme by Compete Themes.