Bayraqdar.info – Regionlarda Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərəli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib. Kurslar əsasən Sumqayıt şəhərində, Abşeron, Quba, İsmayıllı, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şamaxı, Qobustan, Ucar, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir və Göyçay rayonlarını əhatə edib.
Bu xəbər bayraqdar.info-ya iyulun 15-də Gənclər və İdman Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlandıran kontentlərin gücləndirilməsi barədə müzakirələr keçirilib.
“Məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif təminat proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, bilik və bacarıqlar təkmilləşdirilib”, – deyə xəbərdə qeyd edilib.
Təlimlərin zonalar üzrə keçirilməsi də nəzərdə tutulub. Kurslar bütün rayon və şəhərlərin Gənclər və İdman İdarələrinin və Gənclər Evlərinin əməkdaşlarına keçiriləcək.