Press "Enter" to skip to content

İzmirdə 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümü qeyd olunub

Bayraqdar.info – Kıbrıs türklərinin 1974-cü ildə rum-yunan zülmündən xilasının simvolu olan 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir İzmirdə baş tutub.

İyulun 15-də KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu əlamətdar günlə bağlı İzmirdə bir neçə tədbir keçirilib.

KKTC-nin İzmirdəki Baş konsulu Servet Başaran tədbirlər çərçivəsində İzmir Valisi Yavuz Selim Köşger, Ege Ordusu Komutanı Korgeneral Ali Sivri ve İzmir Böyükşəhər Bələdiyyə Başqanı vəkili Mustafa Özuslunu ziyarət edərək onlara təşəkkür plaketi verib.

S.Başaran Kıbrıs türk xalqının ən ağır günlərdə belə heç bir zaman ümidini itirmədiyini, zülmə baş əymədiyini deyib: “Kıbrıs türk xalqı Ana Vətən Türkiyəyə olan inancı və sədaqəti ilə azadlıq mübarizəsini davam etdirdi və nəhayət 1974-cü il 20 Temmuz Barış Hərəkatı ilə azadlığına qovuşdu”.

Mission News Theme by Compete Themes.