Press "Enter" to skip to content

Ermənistan ordusu Kəlbəcər rayonu istiqamətində atəş açıb

Müdafiə Nazrliyi

Bayraqdar.info – İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Mission News Theme by Compete Themes.