Press "Enter" to skip to content

“Yaxın qohumların əleyhinə ifadə vermək olmaz” – VİDEO

Son yeniləmə: 14 İyul 2021 17:15

Bayraqdar.info – Baş Prokurorluq iyulun 13-də Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizlinin hazırladığı videoçarxı təqdim edib. Videoçarxda o, prokurorluq orqanlarının fəaliyyətilə bağlı “Şəxs özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilərmi?”, “Yaxın qohumlar dedikdə kimlər nəzərdə tutulur?” suallarını cavablandırıb.

Bu barədə Prokurorluğun yaydığı açıqlamada bildirilir.

“Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir”, – deyə Prokurorluq açıqlaqmasında vurğulayır.

Mission News Theme by Compete Themes.