Press "Enter" to skip to content

Quba-Xaçmaz zonası sahibkarlarıyla onlayn görüş keçirilib

Bayraqdar.info – İyulun 13-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

Qeyd olunub ki, onlayn formatda təşkil olunan görüşdə Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar iştirak edib. Tədbir sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması yolu ilə fəaliyyətin effektivliyinə nail olunması məqsədilə təşkil edilib.

Sahibkarlığın İnkişafı Fondu İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov, həmçinin Quba-Xaçmaz regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

O da bildirilib ki, bu cür görüşlərin mütəmadi olaraq müxtəlif regionlar üzrə təşkili planlaşdırılır.

Mission News Theme by Compete Themes.