Press "Enter" to skip to content

Ermənilər Şuşa və Naxçıvanı atəşə tutub, yaralanan var

Müdafiə Nazrliyi

Son yeniləmə: 14 İyul 2021 16:32

Bayraqdar.info – Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.

Bu barədə məlumatı iyulun 14-də Müdafiə Nazirliyi yayıb.

“İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə hərbi qulluqçu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub”, – deyə Nazirlik bildirib.

Məlumatda qeyd edilir ki, cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan hərbçilərinin nəzarəti altındadır.

Xatırladaq ki, iyulun 13-də də saat 21:34-dən 21:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Mission News Theme by Compete Themes.