Press "Enter" to skip to content

Yunanıstanın anti-türk addımına Türkiyə səfirindən təpki

Son yeniləmə: 13 İyul 2021 19:11

Bayraqdar.info – Türkiyənin Afinadakı səfiri Burak Özügergin “Galatasaray” komandasının futbolçu və məşqçı heyətinin Yunanıstanda tuş gəldiyi problem barədə TRT Spor-a açıqlama verib.

Səfir deyib ki, yeni mövsümə hazırlıq çərçivəsində, “Olimpiakos” ilə yoldaşlıq oyunu keçirmək üçün Yunanıstana gedən “Galatasaray” qalmaqallı bir münasibətlə qarşılaşıb.

Bu barədə Birlik Gazetesi məlumat yayıb.

Məlumatda deyilir ki, iyunun 12-də sarı-qırmızılı komandanın bəzi üzvlərinin keçdiyi koronavirus testini etibarlı saymayan Yunanıstan səlahiyyətliləri, komandanın bütün üzvlərini yenidən testdən keçirmək istəyib. Vəziyyətin bu şəkil almasından sonra isə baş məşqçi Fatih Terim, “Elədir? Təyyarəni hazırlayın, geri dönürük”, deyib.

Səfir bildirib ki, əslində test bir bəhanədir: “Buradakı sistem problemi Türkiyədən gələn bir karvanın yaratdığı narahatlıqdır. “Galatasaray” da, “Beşiktaş” da ola bilər, başqa bir klub da ola bilər. Məsələn, sarı qırmızı deyil, qırmızı ağ”.

Əlavə edək ki, məsələyə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da diplomatik nəzakət çərçivəsində təpki verib.

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.