Press "Enter" to skip to content

Tovuz döyüşləri şəhidlərinin əşyaları Tarix Muzeyində qorunur

Bayraqdar.info – 2020-ci il iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin Aərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd etməsindən bir il ötdü.

Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu həmin döyüşlərdə qəhrəmancasına şəhid olub. Bunlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları – əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirovdur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyindən bayraqdar.info-ya verilən xəbərə görə, onlardan general-mayor Polad Həşimova aid 3 ədəd fotoşəkil, istiləşdirilmiş qış gödəkçəsi, üzərində general – mayor hərbi rütbəsi olan kitel, şalvar və baş geyimi Muzeydə saxlanılır.

Polkovnik İlqar Mirzəyevə məxsus kitel, şalvar, papaq, kəmər, qobur, qısaqol köynək, çəkmə və içərisində hərbi ləvazimatlar olan hərbi səhra çantası da həmçinin, Muzeyin Vətən Müharibəsi Fondunda qorunur.

Muzeydən bildirilir ki, bu materiallar hazırda muzeydə davam edən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə xüsusi vitrində nümayiş etdirilir.

Mission News Theme by Compete Themes.