Press "Enter" to skip to content

Taliban əsgərləri türk qızlarını nikaha məcbur edir

Bayraqdar.info – Əfqanıstanda vəziyyət gərginləşdikcə duruma nəzarəti genişləndirən Taliban yaraqlıları gənc qızları və dul qadınları zorla öz əsgərləri ilə evləndirir.

Bu haqda xəbəri bayraqdar.info-ya Avrasiya Türk Dərnəkləri Federasyonu Əfqanıstana Dəstək Platforması başqanı İsmail Cengiz verib.

Bu məqsədlə Taliban İmarəti İslami Əfqanıstan Kültür Komisyonu adından bir açıqlama da yayaraq xalqı həm də cihada səsləyib.

Sənəd bölgədəki məscid imamlarına və yerli inzibatçılara ünvanlanıb. Bu çağırışla Taliban “yaşı 15-dən yuxarı olan gənc qızlar və 45 yaşdan aşağı dul qadınların müəyyən edilərək bildirilməsini” tələb edir.

Eyni zamanda bildirilir ki, qeyd olunan yaşdakı qadınlar Taliban əsgərləri ilə evləndirilərək təhsil almaq üçün Vəziristan bölgəsindəki mədrəsələrə göndəriləcək.

İmarəti İslami “allahın yardımıyla” Əfqanıstanın quzey bölgəsindəki bir sıra vilayətləri “fəth” etdiyini iddia edir. Böglədə “islamı yayıb gəncləri haqq yola çəkmək” üçün “İslam Əmirliyi Hökuməti” məscid imamları, yerli inzibatçılar və ağsaqqallara əmr edib ki, qeyd olunan yaşda qadınların siyahısı Talibana təqdim edilsin.

Taliban iddia edir ki, bu qadınları öz əsgərləri ilə evləndirib Pakistanın Vəziristan bölgəsinə göndərəcək, orada dini təhsil verəcək. Sonra isə həmin qadınlar geri dönərək bölgədə islamın yayılmasında iştirak edəcək.

Əfqanıstana Dəstək Platforması bu durumdan rahatsız olaraq BMT də daxil olmaqla beynəlxalq qurumları hərəkətə keçməyə səsləyib. Qurumdan daxil olan bilgidə deyilir ki, qeyd olunan tələb Tahar və Bədəxşan əyalətlərinin yaşayış məntəqələrində yayımlanıb. Hədəflənən qız və qadınların özbək, türkmən, hazara, aymaq və taciklərə mənsub olduğu bilinir. Bu yolla bölgədə puştuların sayartımına nail olunmaq istənir. Ona görə də beynəlxalq ictimaiyyət Pakistan və Talibanla görüşüb bu hərəkatı dayandırmalıdır.

Mission News Theme by Compete Themes.