Press "Enter" to skip to content

6 ayda 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb – VİDEO

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bu ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 min 525 şəxsə əlillik təyin edib. Onlardan 7 min 18 nəfərə ilkin, 14 min 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68 faiz artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Mission News Theme by Compete Themes.