Press "Enter" to skip to content

6 ay ərzində sosial sığorta haqları üzrə daxilolmalar artıb

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində artıb.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat təşkil edib.

DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edilib.

Mission News Theme by Compete Themes.